1.3.8. Göyəm çəyirdəkli meyvə bitkisi
Mədəni halda az, yabanı halda geniş yayılmış bitkidir. Meyvələrinin zəngin tərkibi, şaxtaya və quraqlığa davamlı olması bu bitkinin müxtəlif formalarının seçilib əkilməsinə səbəb olmuşdur. Meyvələrində 4-9 faiz şəkər, 1,3-2,1 faiz turşu, 0,24-1 faiz dabbaq maddəsi, 0,68-1,5 faiz pektin, mineral duzlar və müxtəlif vitaminlər vardır (Şəkil 1.33). Meyvələrindən əsasən emal olunmuş halda istifadə edilir, meyvəsindən mürəbbə, cem, povidlo, spirtli və spirtsiz içkilər hazırlanır. Göyəm 2-6 metr hündürlükdə ağac və ya kol bitkisidir. Meyvələri sentyabrda yetişir. Sortu yoxdur.
1.3.9. Çaytikanı çəyirdəkli meyvə bitkisi
Meyvələrinin zəngin kimyəvi tərkibinə görə qida və müalicəvi əhəmiyyətə malik bitkidir (Şəkil 1.34). Meyvələrinin tərkibində 2,42-6,57 faiz şəkər, 1,4-3,8 faiz turşu, 0,46 faiz pektin maddəsi, 0,021-0,058 faiz dabbaq maddəsi və müxtəlif vitaminlər (C, B1, B2, P, E, A) olur. Çaytikanı meyvələrinin şirəsində 600 mq faiz C vitamini, 20 mq faizdən çox karotin və tiamin (B vitamini), bundan başqa, 9 faizə qədər yağ vardır. Yağın tərkibində isə F vitamini daha çoxdur. Müalicəvi əhəmiyyətdən başqa, çaytikanı meyvələrindən mürəbbə, kisel, spirtli və spirtsiz içkilər hazırlanır. Çaytikanı İydəkimilər fəsiləsinə aiddir. Üç növü vardır. Bunlardan iki növü keçmiş SSRİ məkanında bir növü yabanı, bir növü isə mədəni halda becərilir. Meyvələri ilk payız şaxtaları düşdüyündə yetışdiyindən, meyvələr o zamanda yığılır.
1.3.10. İydə çəyirdəkli meyvə bitkisi
|
Yabanı halda geniş, mədəni halda isə az şəkildə yayılmış meyvə bitkisidir (Şəkil 1.35). Meyvələrinin tərkibində 64,25 faiz şəkər, 11,91 faiz sellüloz, 10,57 faiz zülal, 2,48 faiz kül elementi, 1,3 faiz turşu və 200 mq faiz C vitamini vardır. İydə meyvələri təzə halda istifadə edilməklə yanaşı, ondan alınan un uzun müddət xarab olmadığından unlu xörəklərin hazırlanması üçün buğda ununa qatılır. İydədən zəif spirtli içkilər hazırlanmasında da istifadə edilir. İydənin 40-a qədər növü vardır. Bunlardan 3 növü geniş becərilir: