Bu qrupa qarağat (Şəkil 1.8), firəng üzümü (rusiya üzümü, rus alçası, mot-mot, qoyun gözü), alma və albalının bəzi formaları daxildir. 1.1.3. Kol tipli ağac bitkisiTorpaq səthindən üstdə bir neçə ədəd odunlaşmış, ümumi bir kökə malik gövdə əmələ gətirən meyvə bitkisinə kol tipli ağac bitkisi deyilir. Bu qrupa nar, əncir, heyva, zoğal, fındıq (Şəkil 1.9), feyxoa, alma, albalı, göyəm və gavalının bəzi formaları daxildir. 1.1.4. Yarımkol bitkisiTorpaq altından çıxaraq aşağı hissəsi odunlaşmış, uc hissəsi isə vegetasiyanın sonuna qədər inkişaf etdiyindən odunlaşmayan bitkilərə yarımkol bitkisi deyilir. Yarımkol bitkiləri kol bitkiləri ilə ot tipli meyvə bitkiləri arasında keçid təşkil edir. Moruq (Şəkil 1.10) və böyürtkən yarımkol bitkilərin nümayəndələridir. 1.1.5. Ot tipli meyvə bitkisiYerüstü hissəsi odunlaşmayan və çoxillik kök sisteminə malik bitkilərə ot tipli meyvə bitkiləri deyilir. Şaxtalı rayonlarda yerüstü hissə donur və növbəti ildə kök sistemindən yenidən əmələ gəlir. Çiyələk, banan, ananas (Şəkil 1.11) bu qrupdandır. 1.1.6. Sarmaşan (lian) meyvə bitkisiSərbəst böyüyə bilmədiyindən gövdə və ya bığcıqları ilə müxtəlif vasitələrə sarılaraq böyüyən, yaxud sürünən meyvə və bitkilərə sarmaşan (lian) bitki deyilir. Hər bir meyvə-giləmeyvə bitkisi vegetativ və generativ orqanlardan – kök, gövdə, yarpaq, çiçək, meyvə, toxumdan təşkil olunur (Şəkil 1.12). |