|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 5
Sual 1. Meyvələrin seçilməsi və qablaşdırılması üçün neçə üsul var?
A) 2;
B) 4;
C) 12;
D) 8.
Sual 2. Meyvələr eyni vaxtda keyfiyyətinə və ölçüsünə görə seçilir və qablaşdırılır. Bu
hansı üsuldur?
A) M.İ.Lvov üsulu;
B) Kombinələşmiş üsul;
C) Krım üsulu;
D) Adi üsul.
Sual 3. Ayrı-ayrı məhsul növlərinin müxtəlif yeşiklərə və qablara yığılması meyvə-tərəvəzin
hansı
xüsusiyyətlərindən asılıdır?
A) Bioloji xüsusiyyətlərindən;
B) Dadından və rəngindən;
C) Tərkibindəki qida maddələrindən;
D) Yalnız ölçüsündən.
Sual 4. Meyvə-tərəvəzlər əsasən neçə qaydada daşınır?
A) 6;
B) 2;
C) 3;
D) 10.
Sual 5. Açıq sual: Meyvə-tərəvəzləri daşımaq üçün hansı nəqliyyat vasitələrindən istifadə
edilir?
Sual 6. Dəmir yolu nəqliyyatında ikioxlu vaqonlar neçə ton yük götürə bilir?
A) 18-20 ton;
B) 40-50 ton;
C) 55-75 ton;
D) Bu vaqonlardan istifadə olunmur.
Sual 7. Açıq sual: Tərəvəzlərin saxlanılmasında 3 faza (dövr) özünü göstərir. Bu fazalarda
hansı proseslər
gedir?