Məqsəd məhsul yetişdirən və istehsal edənlərin bazarlara öz məhsullarını heç bir maneə olmadan gətirib satmaqdan ibarətdir. Yarmarkada yerlər fermerlərə heç bir ödəniş olmadan verilir. Bu isə fermerlərə öz məhsullarını əhaliyə daha ucuz qiymətə çatdırmağa imkan verir. Vətəndaşlar isə keyfiyyətli məhsulları birbaşa istehsalçıdan (məhsul yetişdirəndən) almaq imkanı qazanırlar. Beynəlxalq təcrübədə geniş tətbiq olunan belə yarmarkalar fermerlər tərəfindən də müsbət qarşılanır.
Kompleksdə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə istehsal etdikləri meyvə və tərəvəzlərin satışının təşkili üçün əlverişli şərait yaradılıb. Kompleksdə eyni zamanda 300-dək fermer öz məhsullarının satışını həyata keçirə bilər. Bunun üçün kompleksdə meyvə-tərəvəz məhsulları üçün qapalı və açıq bazarlar, 20 fermer mağazası, ət və balıq məhsulları üçün qapalı bazar, soyuducu anbar, 2 mərtəbəli market və avtodayanacaq yerləşir.