5.2.1. Təbii tərəvəz konservləri
Təbii tərəvəz konservləri hazırlanarkən tərəvəz pörtlədilir, bankalara yığılır, üzərinə duz əlavə edilir, ağzı kip bağlanır və sterilizə edilir (Şəkil 5.57). Göy noxud, tərəvəz lobyası, sütül qarğıdalı, təbii yerkökü, təbii çuğundur, bütöv konservləşdirilmiş pomidor, təbii şirin bibər və s. bu kimi konservlər hazırladıqda 0,8-1,5 faiz miqdarında duz və su əlavə edilməklə 116-118 dərəcə selsi temperaturda sterilizasiya aparılır. 5.2.2. Qəlyanaltı tərəvəz konservlər Qəlyanaltı tərəvəz konservləri qida üçün hazır olub, heç bir kulinar əməliyyatından keçirilmədən istehlak edilir. 5 yarımqrupa bölünür:
|
5.2.3. Nahar tərəvəz konservlər
Nahar tərəvəz konservləri birinci və ikinci xörəklərin resepti əsasında hazırlanan borş, şi, şorba, rassolnik, raqu, kələm dolması, göbələklə kartof və s. konservlərdən ibarətdir. Nahar konservlərində 1,2-12 faiz yağ, 1,2-2,8 faiz duz olur. Nahar konservlərinin dadı, iyi və rəngi adi xörəklərə uyğun olmalıdır.