İxtisaslaşdırılmış anbarlar xüsusi avadanlıqla təchiz edilməklə soyudulmayan (Şəkil 5.53, Şəkil 5.54) və soyudulan (Şəkil 5.52) (soyuducu xanalar);
Anbarlar yerin səthində və dərinliyində ola bilər. Tikinti materiallarından asılı olaraq anbarlar taxta, daş, kərpic və dəmir-beton anbarlara bölünür (Şəkil 5.53, Şəkil 5.54). Yerüstü anbarların tikilməsi yeraltı anbarlara nisbətən 10-20 faiz ucuz başa gəlir, eyni zamanda yerüstü anbarlarda qaldırıcı avadanlıq və transportyor qurulur, mexanikləşdirilir. İxtisaslaşdırılmış anbarlarda təbii, məcburi və aktiv hava cərəyanı qurulur. Soyutma üsuluna görə təbii və süni soyudulan anbarlara bölünürlər.
Məhsulu saxlamaq üçün anbarlar böyüklüyünə görə 4 qrupa bölünür: kiçik (tutumu 100-250 tona qədər), orta tutumlu (250-500 ton), iri (500-2000 ton) və lap böyük (2000-4000 ton).
Tamamilə mexanikləşdirilmiş böyük tərəvəz anbarları müasir anbarlar sayılır, burada tərəvəzlər konteynerlərdə saxlanılır. Həmin konteynerlərə tərəvəz bostanda doldurulur, buradan konteynerlər birbaşa istifadə olunan yerə gətirilir. Bu üsul məhsul itkisini azaldır.
5.2. Meyvə və tərəvəzin emalı
Meyvə-tərəvəzin tərkibində suyun miqdarının çox olması adi şəraitdə onları uzun müddət saxlamağa imkan vermir. İl boyu təzə meyvə-tərəvəzlə yanaşı gündəlik qidanın tərkibində emal olunmuş meyvə-tərəvəz məhsulları da istifadə edilməlidir. Odur ki, təzə meyvə və tərəvəzlər müxtəlif üsullarla konservləşdirilir. İstehsal üsulundan, əlavə edilən xammallardan və digər amillərdən asılı olaraq meyvə-tərəvəz konservləri (Şəkil 5.55), qurudulmuş meyvə-tərəvəz (Şəkil 5.56), turşudulmuş və duza qoyulmuş meyvə-tərəvəz, sirkəyə qoyulmuş meyvə-tərəvəz, dondurulmuş meyvə və tərəvəz, sulfitləşdirilmiş meyvə-tərəvəz məhsulları, kartof və tərəvəz yarımfabrikatları hazırlanır. Meyvə-tərəvəz konservləri müxtəlif üsullarla hazırlanır, əsasən germetik tarada istehsal edilir. Bunlar aşağıdakılardır: |