Tərəvəzin
növü |
Saxlanma rejim | ||
Havanın temperaturu 00C | Nisbi nəmlik, % | Aylarla saxlama müddəti | |
Kartof | 0,5 dərəcə selsidən 2 dərəcə selsiyə qədər | 80-85 | 6-8 |
Çuğundur | 0 dərəcədən 1 dərəcə selsiyə qədər | 85-90 | 3-5 |
Yerkökü | 0 dərəcə selsidən 1 dərəcə selsiyə qədər | 85-90 | 4-6 |
Soğan, sarımsaq | 0,5 dərəcə selsidən 0 dərəcə selsiyə qədər | 70-75 | 6-8 |
Kələm | 0 dərəcə selsidən 1 dərəcə selsiyə qədər | 85-90 | 6-8 |
Balqabaq | 8 dərəcə selsidən 10 dərəcə selsiyə qədər | 70-75 | 2-6 |
Saxlanılma rejiminə anbarın temperaturu, nisbi rütubət, hava cərəyanı, işıq və mühitin qaz tərkibi aiddir.
Meyvə və tərəvəzlərin saxlanılması üçün temperatur 0 dərəcə selsi səviyyəsində olmalıdır. Lakin ayrı-ayrı meyvə və tərəvəzlər üçün temperatur dəyişməsi müsbət 4 dərəcə selsi ilə mənfi 2 dərəcə selsi arasında ola bilər. Anbarın nisbi rütubəti meyvə-tərəvəzin növündən və sortundan asılı olaraq 85-95 faiz arasında olmalıdır. Belə şəraitdə meyvə və tərəvəzin tərkibindəki suyun buxarlanması azalır.
Hava cərəyanı dedikdə anbarın havasının dəyişdirilməsi nəzərdə tutulur. Hava cərəyanı 2 üsulla yaradılır. Birinci üsulda ventilyasiya yaradılır və xaricdən anbara hava verilir. İkinci üsulda isə anbarın havası dövr etdirilir, bu zaman hava soyudulur, lakin onun qaz tərkibi çox az dəyişir. Anbarların çoxunda ventilyasiya sistemi qurulur və bununla temperatur, nəmlik və qaz tərkibi müəyyən səviyyədə saxlanılır (Şəkil 5.51, Şəkil 5.52).