|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 4
Sual 1. Bitkilərin vegetativ orqanları hansılardır?
A) Zoğ, buğum, budaq;
B) Kök, gövdə, yarpaq;
C) Erkəkcik, dişicik, çiçək;
D) Buğum, yarpaq, çiçək.
Sual 2. Bitkilərin generativ orqanları hansılardır?
A) Erkəkcik və dişicik;
B) Kök və yarpaq;
C) Gövdə və kök;
D) Budaq və gövdə.
Sual 3. Bitkinin kökü hansı funksiyanı yerinə yetirir?
A) Fotosintez prosesini yerinə yetirir və qeyri-üzvi maddələrdən üzvi maddələr əmələ gətirir;
B) Bitkidə olan suyu buxarlandırır və üzvi maddələrdən digər maddələri əmələ gətirir;
C) Yalnız bitkini torpaqda saxlayır və nişastanı toplayır;
D) Bitkini torpağa bərkidərək düz vəziyyətdə saxlayır. Torpaqdan suyu və suda həll olan mineral
maddələri və karbon qazını udub yarpaqlara ötürür.
Sual 4. Fəal köklər və kök telləri (əmici tellər) hansı funksiyanı yerinə yetirir?
A) Havada olan azotu sorur;
B) Bitkinin yarpaqlarına xüsusi rəng verir;
C) Torpaqdan suyu və qida maddələrini sorur;
D) Torpağı zənginləşdirir.
Sual 5. Qalınlığına, boyuna və budaqlanmasına görə köklər neçə qrupa bölünür?
A) 6;
B) 2;
C) 5;
D) 3.
Sual 6. Açıq sual: Əsas kök nəyə deyilir?