226440 Vt
1000 = 1890 kVt/ ay
𝟏𝟖𝟗𝟎𝟎𝟎𝟎 𝑽𝒕
𝟏𝟎𝟎𝟎 = 𝟏𝟖𝟗𝟎
𝒌𝑽𝒕/𝒂𝒚
Avqust 2017-ci il tarifləri ilə hesablamalardan aydın olur ki, istixananın işıqlanmasında daha çox işıq selinə malik lampalardan istifadə edilməsi, elektrik enerji xərclərinə qənaət etməyə imkan verir.
Qeyd: İstixanada lampalar bir birindən elə məsafədə yerləşdirilməlidir ki, biri digərini tamamlasın və işıqlandırılmayan yer (kölgə) qalmasın.
Bu gün istixanaların süni işıqlandırılmasında istifadə edilən işıq lampalarının səmərəliliyini artırmaq üçün reflektorlardan istifadə edilir. Reflektorlar lampanın arxa hissəsinə quraşdırılır və lampadan saçan işıq şüasının lazımsız yerə yanlara, yuxarılara səpələnməsinin qarşısını alır və işıq şüası birbaşa bitkinin üzərinə düşür (Şəkil 4.3 və Şəkil 4.4) Yuxarıda göstərilən hesablama qaydası ilə yanaşı, istixana üçün tələb olunan işıq lampalarının sayının hesablanmasında aşağıdakı formuladan da istifadə etmək olar (Düstur 4.17):
P = 𝐋∗𝐇∗𝐁∗𝐊
Düstur 4.17. İstixana üçün tələb olunan işıq lampalarının sayının hesablanmasının digər yolu
|