Nəticədə, bizə məlum olur, bitkidən 60 santimetr hündürlükdə quraşdırılacaq lampalarla 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 36 Vatt gücə və 3350 lümen işıq selinə malik 299 ədəd lümineset lampa tələb olunur. Bu lampaların parametrləri aşağıda verilmişdir:
• Lampanın gücü - 36 Vatt/saat
• Patron - G13 • Istismar müddəti - 20000 saat • Təyinatı - yaxşı işıq seli verir və ekoloji təhlükəsizdir. • Rəngi - ağ • İşıq ötürməsi - 69 lümen/Vatt • Lampanın işıq seli - 3350 lümen • Lampanın uzunluğu - 1200 millimetr Əgər biz hesabatını apardığımız istixananın işıqlandırılması üçün 250 Vatt gücə və 28000 lümen işıq selinə malik DNAT 250 markalı lampalardan istifadə etsək, onda 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 36 ədəd lampa lazım olacaq. 1000000 6) İstixananın işıqlandırılması üçün tələb olunan lampalar, onların sayı və gün ərzində orta işıqlandırma müddəti müəyyən edildikdən sonra elektrik enerjisinin xərclərini hesablamaq olar. Adətən, ölkəmizin istixana quraşdırılan rayonlarında payız-qış fəslinin işıqlı günləri qısa olan aylarında (noyabr, dekabr, yanvar, fevral) sutka ərzində orta hesabla 7-8 saat istixananın süni işıqlandırılması kifayət edir. Bu zaman apardığımız hesablamaya görə lüminesent və DNAT lampaları ilə istixana işıqlandırılarsa, aylıq elektrik enerjisi sərfiyyatı aşağıdakı kimi hesablanır: 50 kvadrat metr sahəsi olan istixana üçün lüminesent lampalarla işıqlanmada elektrik enerji sərfiyyatı: |