2) Sonra işıqlandırılacaq sahə hesablanır:
𝑺=𝟏𝟎∗𝟓=𝟓𝟎 𝒎𝟐
3) Burada 50 kvadrat metr sahədə olan bitkilərin 10000 lüks işıqlanma dərəcəsində işıq almaları üçün tələb olunan işıq seli lumen ilə aşağıdakı kimi hesablanır:
4) İşıq lampalarının quraşdırıldığı hündürlükdən asılı olaraq işıqlanma dərəcəsi dəyişir. Yəni, lampadan işıqlandırılan bitkiyə qədər (əsasən yuxarı yarus yarpaqlar olan hissə) olan məsafə artdıqca, işıq seli zəifləyir və işıqlanma dərəcəsi azalır. Təcrübələrlə sübut edilmişdir ki, işıq mənbəyindən işıqlandırılan səthə qədər olan məsafə 2 dəfə artarsa, səthin işıqlanma dərəcəsi 4 dəfəyə qədər azalmış olar. İstixanalarda müxtəlif gücə malik işıq lampalarından asılı olaraq onlar bitkilərdən (əsasən yuxarı yarus yarpaqlar olan hissə) 15 santimetr, 30-40 santimetr və 60 santimetr məsafədə quraşdırılır. Təcrübələrlə müəyyən olunmuşdur ki, işıq mənbəyindən (lampa) məsafə hər 30-40 santimetr uzaqlaşdıqca işıq seli təxminən 30 faiz azalır. Bu baxımdan mütəxəssislər istixanalarda bitkilərin süni işıqla təminatına dair hesabatlar apararkən məsafədən asılı olaraq işıq itkisinin aşağıdakı təxmini normalarını nəzərə alırlar:
Əgər bizim apardığımız hesablamada işıq lampalarını pomidor bitkisindən 60 santimetr hündürlükdə (əsasən yuxarı yarus yarpaqlar olan hissədən) quraşdırsaq, onda itkini nəzərə alaraq bitkinin tələb etdiyi işıq selinin normasını 2 dəfə artırmalıyıq.
5) Aparılan hesablamadan məlum olur ki, 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 1000000 lumen işıq seli tələb olunur. Lakin istixananı bu işıq seli ilə işıqlandırmaq üçün bizə nə qədər işıq lampası tələb olunduğunu müəyyən etməliyik. Bunun üçün müxtəlif gücə və işıq selinə malik lampalardan biri seçilməlidir. Sonra ümumi tələb olunan işıq selini istifadə olunacaq lampanın işıq selinə (axını) bölmək lazımdır.
Hazırda istixanalarda müxtəlif gücə və işıq selinə malik lüminesent, fluorosent, DNAT və s. civəli lampalar istifadə olunur (Şəkil 4.2). Əgər biz hesabatını apardığımız istixana üçün 36 Vatt gücə və 3350 lümen işıq selinə malik lüminesent (Şəkil 4.3) lampalarından istifadə etsək, onda 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 299 ədəd lampa lazım olacaq.
1000000
335 = 𝟐𝟐𝟗 𝒍𝒂𝒎𝒑𝒂