tdax - qış aylarında istixana daxilində bitki üçün tələb olunan sutkalıq temperatur dərəcə,
txar - isidilmə dövründə istixana xaricində həmin ərazi üçün xarakterik olan ən aşağı (minimum) sutkalıq temperatur dərəcə,
tor.xar - isidilmə dövründə istixana xaricində həmin ərazi üzrə orta sutkalıq temperatur dərəcə
Qqazanxana - qazanxananın istilik gücü, kkal/saat
Qyanacaq - hər hansı bir yanacaq növünün istilik vermə qabiliyyətidir, kkal/kiloqram
M - mövsüm və ya il ərzində istixananın isidilməsinin davam etmə müddəti, saat
Hesabatını apardığımız istixananın isidilməsi üçün illik və ya mövsümi yanacaq sərfini hesablayaq. Fərz edək ki, hesabatını apardığımız istixananın yerləşdiyi Gəncə-Qazax zonasında dekabr-mart ayları ərzində orta sutkalıq temperatur tor.xar = 5° C təşkil edir. Yuxarıda qeyd olunan məsələnin şərtinə əsasən tdax=18°C, txar=-10°C, Q qazanxana=16817 kkal/saat, Qyanacaq=8000 kkal/kiloqram qəbul edilmişdir.
β - əmsalının qiymətini müəyyən edək: Məsələnin şərtinə əsasən istixananı 4 ay, yəni 120 gün ərzində fasiləsiz olaraq 24 saat isitmək nəzərdə tutulmuşdur. Bu zaman β=1 olur. Lakin həmin dövrdə elə günlər olur ki, hava isti keçir, istixananı isitməyə ehtiyac yaranmır, yaxud gün ərzində fasilələrlə bir neçə saat istilik verilir. Bu halda nəzərdə tutulan, ancaq isidilməyən günlərin miqdarı və ya saatları formalaşır. Fərz edək ki, ötən il istixananı 4 ay, yəni 120 gün ərzində fasiləsiz olaraq 24 saat isitmək nəzərdə tutulsa da, lakin isti günlərin və ya saatların hesabına mövsüm ərzində istixananın isidilməsi 108 gün təşkil etmişdir. Bu rəqəm 120 günə bölünür və bu β əmsalının qiymətini ifadə edir. Yəni, β= (108/120=0.9). Buradan aydın olur ki, isidilməyən günlərə görə istixananın mövsümi və ya illik yanacaq sərfi azalacaq. Burada mövsüm ərzində istixananın isidilməsinin davam etmə müddəti m = 4 ay x 30 gün x 24 saat = 2880 saat təşkil edir.
Verilmiş rəqəmlər əsasında istixananın isidilməsi üçün mövsümi yanacaq sərfi aşağıdakı kimi hesablanır:
𝑮 = 0.9 ⋅ 16817 ⋅ (18-5) ⋅ 2880
(18-(-10)) ⋅ 8000
=
2530 m3
Buradan aydın olur ki, sahəsi 50 kvadrat metr, hündürlüyü 3 metr və örtük materialı tək qat polikarbonat (4 millimetr qalınlığında) olan istixanada soyuq qış dövründə pomidor bitkisini istiliklə normal təmin etmək üçün 4 ay ərzində 2530 kub metr təbii qaz tələb olunur. Bu rəqəmi 1 kub metr təbii qazın dəyərinə vurmaqla istixananın isidilməsi üçün illik və ya mövsümü qaz xərcini müəyyən edə bilərik. Yəni, 2530 kub metr x 0,1 manat = 253 manat/mövsüm.
4.3. İstixanın süni işıqlandırılmasının və elektrik enerjisi sərfiyyatının hesablanmasıMəlumdur ki, ilin soyuq fəsillərində işıqlı günlərin uzunluğu qısalır. Bu zaman bitkiləri işıqla təmin etmək və fotosintez prosesini normallaşdırmaq üçün istixanada süni işıqlandırma sistemindən istifadə olunur. Lakin istixanada işıqlandırma sistemi düzgün qurulmazsa, bitkilərin inkişafı zəifləyər. Belə ki, istixananın sahəsindən və əkiləcək bitkilərdən asılı olaraq normal işıqlandırma yaradılmalıdır. Bunun üçün istixananın sahəsini, həmin sahədə olan bitkilərin işıqla normal təmin edilməsi üçün tələb olunan işıqlanma dərəcəsini bilmək lazımdır.