5) Həmin istiliyi almaq üçün qazanxananın saatlıq yanacaq sərfi aşağıdakı kimi hesablanır (Düstur 4.15):
Burada:
Qyanacaq - hər hansı bir yanacaq növünün istilik vermə qabiliyyətidir, kkal/kq. Bu göstərici xüsusi cədvəllərdən götürülür (Cədvəl 4.2).
Yanaçaq növu | 1 kiloqram yanaçağın vеrdiyi istilik (kҝal) |
Mazut | 9500 |
Kеrosin | 10200 |
1 kub metr tәbii qaz (və ya 0,73 -0,79 kiloqram) | 8000-8500 |
Qonur kömür | 4500 |
Odun | 2500 |
Quru torf | 2000-2500 |
Quru peyin | 2000-3000 |
Yaş pеyin | 200 |
Əgər biz qazanxana üçün təbii qazdan istifadə etsək, onda 4.15 saylı formula əsasən hesabatını apardığımız istixananın isidilməsi üçün qazanxananın saatlıq yanacaq sərfi aşağıdakı kimi olur:
B = 16817
8000 = 2.1 m3/ saat
6) Məlumdur ki, qış aylarında istixananın isidildiyi qış aylarında həmin ərazi üçün qəbul edilən ən aşağı (minimum) gündəlik temperatur sabit qəbul edilə bilməz. Çünki, elə qış ayları olur ki, hava şəraiti günəşli keçir, axşamlar temperatur mənfi olsa da, gündüzlər temperatur yüksəlir. Bütün bunlar istixananın 24 saat ərzində fasiləsiz deyil, bir neçə saat ərzində isidilməsinə şərait yaradır. Nəticədə, istixana fasilələrlə isidilməli olur ki, bu da enerji xərclərinə qənaət etməyə imkan verir. Qeyd olunan amilləri nəzərə alaraq istixananın isidilməsi üçün mövsümi (və ya illik) yanacaq sərfi aşağıdakı düstur ilə hesablanır:
Burada:
β - ehtiyat əmsalı olub, ərazinin iqlim şəraitindən asılı olaraq nəzərdə tutulan dövr ərzində isidilməyən günlərə və ya saatlara görə müəyyən olunur.