Məlum olur ki, hesabatını apardığımız istixananın isidilməsi üçün qazanxana saatda 16817 kkal istilik vermə gücünə malik olmalıdır.
4) Həmin miqdarda istiliklə istixana havasını isitmək üçün isidici cihazların, qurğuların boru xətlərinin və s. miqdarını müəyyən etmək lazımdır. Bunun üçün isidici qurğuların, boru xətlərinin istilik ötürən səthlərinin sahəsi aşağıdakı kimi hesablanır (Düstur 4.3):
F= Q
KöΔt m2
Burada:
F - istixana daxilində olan qurğuların isidici səthi, kvadrat metr
Q - istixananın isidilməsi üçün tələb olunan istilik, kkal/saat. Burada Q=Qqazanxana
Kö - qurğu və ya boru daxilində hərəkət edən suyun istilik ötürmə əmsalıdır. 1 kvadrat metr səthdən kkal ilə istilik ötürməyə görə çuqun radiator üçün Kö =7 kilokalori/kvadrat metr, qabırğalı çuqun boru üçün Kö =5 kilokalori/kvadrat metr, sığallı polad boru üçün Kö = 10,5 kilokalori/kvadrat metr.
Δ𝐭 - isidici qurğu və ya boru xəttində olan suyun orta temperatur fərqidir
Fərz edək ki, hesabatını apardığımız istixananın isidilməsi üçün sığallı polad borulardan istifadə olunur. Onda Kö = 10,5 kilokalori/kvadrat metr. Şərti olaraq qəbul edək ki, qızdırıcı boruda suyun başlanğıc tеmpеraturu 95° C, son tеmpеraturu 70° C olur.
Bu zaman Δt = 95+70
2 = 82.5 C°
Onda 50 kvadrat metr sahəsi olan istixananı isitmək üçün 19.4 kvadrat metr isidici səth tələb olunur.
F = 16817
10.5 ⋅ 82.5 = 19.4
m2
Alınan rəqəmi müəyyən uzunluqda və diametrdə olan bir borunun səthinin sahəsinə bölməklə istixana üçün tələb olunan isidici boruların sayı tapılır. Əgər hesabatını apardığımız istixana üçün uzunluğu 10 metr və diametri 0.07 metr (r=0.035 metr) olan isidici borulardan istifadə etsək, onda bir borunun səthinin sahəsi aşağıdakı kimi olar:
𝑺𝒃=𝟐𝝅∙𝒓∙𝒍=𝟐∙𝟑.𝟏𝟒∙𝟎.𝟎𝟑𝟓∙𝟏𝟎=𝟐.𝟐 𝒎𝟐
Tələb olunan isidici boruların sayı aşağıdakı kimi tapılır (Düstur 4.14):
N b = F
Sb
= 19.4
2.2 = 𝟖.𝟖≈𝟗 ə𝒅ə𝒅
Buradan aydın olur ki, istixananı tələb olunan istiliklə təmin etmək üçün uzunluğu 10 metr və diametri 70 millimetr olan 9 ədəd isidici boru lazımdır.