Cədvəl 4.1-dən istifadə etməklə hesablama aparılan istixana üçün Ki=3,3 kilokalori/kvadrat metr dərəcə selsi qəbul edilir.
Şərti olaraq, hesabatını apardığımız istixanaya şitillər dekabr ayında köçürülsə, onda istixananın intensiv isidildiyi dövr təxminən 4 ay (dekabr, yanvar, fevral və mart) təşkil etmiş olar. Həmin dövr üzrə istixana daxilində pomidor bitkisi üçün minimum 18 dərəcə selsi temperatur yaratmaq lazım gəlir, Onda tdax=18 dərəcə selsi təşkil edir. Fərz edək ki, hesabatını apardığımız istixananın yerləşdiyi Gəncə-Qazax zonasında, ən soyuq hava şəraitində təxmini olaraq minimum temperatur -10°C dərəcə selsi (regional hidrometereoloji stansiyalardan çox illik məlumatlar əsasında daha dəqiq rəqəm götürmək olar) təşkil edir.
2) Verilmiş şərtə əsasən düstur 4.10 saylı formula ilə istixananın 1 saat (H) ərzində istilik sərfini hesablayaq.
Buradan aydın olur ki, sahəsi 50 kvadrat metr, hündürlüyü 3 metr və örtük materialı təkqat polikarbonat (4 millimetr qalınlığında) olan istixanada qış dövründə 1 saat ərzində istilik sərfi 12936 kkal təşkil edir. Əgər həmin ərazidə gün ərzində xarici temperatur dəyişməz qalarsa, onda istixananın sutkalıq (H=24 saat) istilik sərfi 310464 kkal olur.
Hesabatını apardığımız istixananın qış dövründə 4 ay (dekabr-mart) isidildiyini (H=24 saat x 30 gün x 4 ay) nəzərə alaraq mövsümi istilik sərfi aşağıdakı kimi olur:
Hesablamadan aydın olur ki, sahəsi 50 kvadrat metr, hündürlüyü 3 metr və örtük materialı tək qat polikarbonat (4 millimetr qalınlığında) olan istixanada soyuq qış dövründə pomidor bitkisini istiliklə normal təmin etmək üçün 4 ay ərzində 37 255 680 kkal istilik tələb olunur.
3) Tələb olunan istiliklə istixananı təmin etmək üçün qazanxananın istilik gücü hesablanır (Düstur 4.12):
Burada:
Q qazanxana - qazanxananın istilik gücü, kkal/saat
1.3 - əmsal olub, qazanxananın özündə və qazanxanadan istixanaya qədər məsafədə yerləşən boru xətlərində istilik itkisini ifadə edir.
- istixananın ümumi istilik sərfidir (bir neçə istixana olduqca rəqəmlər cəmlənir)
4.12 saylı formula əsasən hesabatını apardığımız istixananın isidilməsi üçün qazanxananın istilik gücü aşağıdakı kimi hesablanır: