𝑺𝒊𝒏𝒗𝒆𝒓𝒕𝒂𝒓= 𝑨∙𝑩=𝟏𝟏𝟔.𝟒∙𝟏𝟎𝟐=𝟏𝟏𝟖𝟕𝟑 𝒎𝟐
7) Bir lentin sahəsini onun sayına vurmaqla istixanada bitki altında olan faydalı sahə tapılır (Düstur 4.8):
𝑺𝒇𝒂𝒚𝒅𝒂𝒍𝚤= 𝑳𝒏 ∙𝒍∙𝒃=𝟔𝟑∙𝟏𝟎𝟎∙𝟎.𝟖=𝟓𝟎𝟒𝟎 𝒎𝟐
𝑭𝒂𝒚𝒅𝒂𝒍𝚤 𝒔𝒂𝒉ə = 𝑺𝒇𝒂𝒚𝒅𝒂𝒍𝚤
𝑺𝒊𝒏𝒗𝒆𝒓𝒕𝒂𝒓
∙ 𝟏𝟎𝟎𝒇𝒂𝒊𝒛 = 5040
11873 ∙𝟏𝟎𝟎 = 𝟒𝟐.𝟒%
8) İnventar sahədən bitki altında olan faydalı sahəni çıxmaqla yol şəbəkəsi altında qalan sahə tapılır.
𝑺𝒚𝒐𝒍=𝑺𝒊𝒏𝒗𝒆𝒓𝒕𝒂𝒓−𝑺𝒇𝒂𝒚𝒅𝒂𝒍𝚤=𝟏𝟏𝟖𝟕𝟑−𝟓𝟎𝟒𝟎=𝟔𝟖𝟑𝟑 𝒎𝟐
Hesablamaların nəticələrinə əsasən məlum olur ki, iki cərgəli lent üsulu ilə 80x25 santimetr əkin sxemində 50 000 ədəd bitki sıxlığı almaq üçün istixana üçün 11873 kvadrat metr və ya 1.2 hektar torpaq sahəsi (invertar sahə) tələb olunur.
4.2. İstixananın istilik sərfinin vә isidici ciһazlara tәlәbatın һеsablanmaİstixana üçün tələb olunan istiliyin müəyyən edilməsi bir çox amillərdən asılıdır. Bu amillər əsasən istixananın yaz və ya qış mövsümündə istifadə olunmasından, həmin dövrlərdə ərazinin ən soyuq (minimum) temperaturundan, istixanada əkiləcək bitkinin növündən və həmin bitkiyə uyğun istixanada tələb olunan daxili temperaturdan, istixananın istilik itirən səthlərindən (üst və yan tərəflər) və onların üzərinə çəkilmiş örtük materialından və s. ibarətdir. Qeyd olunan amillər soyuq vaxtlarda istilik itkisinə səbəb olur. Bu baxımdan düzgün hesablama aparmaqla istilik itkisini balanslaşdırmaq lazımdır. Belə olan halda soyuq vaxtlarda istixanada əkiləcək bitkinin tələbinə uyğun olaraq istiliyin miqdarı nizamlanmış olar. Qeyd olunanları nəzərə alaraq istixananın isidilməsi üçün tələb olunan istilik sərfi aşağıdakı formula ilə hesablanır (Düstur 4.10):
Burada:
Q - istixananın isidilməsi üçün tələb olunan istilik sərfi, kkal (kilokalori)
S - istixananın istilik itirən bütün tərəflərinin (üst və yan tərəflərin cəmi) səthinin sahəsi, kvadrat metr
H - istixananın isidilmə (digər şəraitdə soyudulma) müddəti, saat