İstixananın orta hissəsində olan lentlər arası 1 metr məsafənin üzərinə 2 metr əlavə etməklə ana yol (3 metr) saxlanılır və 1 metr yan tərəfdən (digər yan tərəf üçün keçid yol lentlər arası məsafədə hesablanmışdır) keçid yolu qoyulur. Bu rəqəmlər və lentlər arası məsafələrin cəmi toplanır, yol şəbəkəsinin uzunluğu (istixananın uzununa boyunca) hesablanır (Düstur 4.4).
Burada: Lyol-istixanada yol şəbəkəsinin uzunluğu (istixananın uzununa boyunca)
4) İstixananın invertar sahəsi üzrə uzunluğu (daxili) aşağıdakı kimi tapılır (Düstur 4.5):
Burada:
A - istixananın invertar sahəsi üzrə daxili uzunluğudur, metr
B - lentin eni, b=0.8 metr. Burada lentin eni lendə olan cərgəarası məsafəyə bərabər qəbul edilir. Çünki, bitkilər cərgəarası məsafə gözlənilməklə şərti olaraq lentin tam kənarından düz xətt ilə əkilir.
5) Hesabatını apardığımız istixanada lentlər eninə yerləşdirilmişdir (Şəkil 4.1). Lentlərin yuxarı və aşağı hissəsindən 1 metr keçid üçün yol saxlanmasını və lentin uzunluğunu (100 metr) nəzərə alaraq istixananın invertar sahəsi üzrə eni (daxili) aşağıdakı kimi tapılır (Düstur 4.6):
Burada:
B - istixananın invertar sahəsi üzrə daxili eni, metr
l - lentin uzunluğu, metr
6) İstixananın daxili uzunluğu və eni məlum olduqdan sonra, onun invertar sahəsi hesablanır (Düstur 4.7):