Qeyd olunan tikililərin sahəsi xüsusi mühəndis-texniki göstəricilərə görə hesablanır və istixana kompleksinin baş planı əsasında ümumi torpağa olan təlabat müəyyənləşir.
Bu bölmədə əsasən istixananın bitki becəriləcək torpaq sahəsinin hesablanması haqqında qeyd olunur.
İstixana üçün ayrılmış torpaq sahəsi aşağıdakı kimi qruplaşdırılır:
İstixananın qurulması üçün torpaq sahəsinin hesablanması aşağıdakı məqsədlərə görə müəyyənləşir:
Qeyd olunan ikinci məsələ sadə və başa düşülən olduğu üçün, biz birinci məsələ üzərində dayanırıq. Fərz edək ki, şərti olaraq bir hektarda 50 000 ədəd (80x25 santimetr əkin sxemində) pomidor bitkisinin əkilməsi planlaşdırılır. Burada pomidorun iki cərgəli lent üsulu ilə əkini nəzərdə tutulur (Şəkil 4.1). Lentdə bitki arası 25 santimetr və cərgəarası məsafə 80 santimetr götürülür. Adətən müasir istixanalarda məhsulun yığılması və becərmə işlərinin aparılması məqsədilə lentlərarası məsafə geniş saxlanılır. Şərti olaraq lentlər arası məsafəni 1 metr və lentin uzunluğunu 100 metr qəbul edək.
Verilmiş şərtə əsasən istixana üçün tələb olunan torpaq sahəsini hesablayaq:
1) Əvvəlcə bir lentdə əkiləcək bitkilərin sayı müəyyən edilir (Düstur 4.1):
2) Sonra tələb olunan ümumi bitki sıxlığını (bitkilərin sayı) bir lentdə olan bitkilərin sayına bölməklə istixanada olan lentlərin sayı tapılır (Düstur 4.2).