4. İstixana üçün tələbatın hesablanması
4.1. İstixana üçün torpağa olan tələbatın hesablanması
İstixana kompleksi layihələşdirilərkən tələb olunan ümumi torpaq sahəsi aşağıdakı əsas və
köməkçi tikililərə görə müəyyən edilir:
- Bitki becərilən istixanalar (şitil və əsas bitki becərilən)
- Qazanxana
- Anbar
- Su hovuzu
- Suvarma-gübrələmə (filterlər, nasos, gübrə tankerləri, dozalayıcılar və s.) sistemi üzrə tikili
- Meşə zolağı, təsərrüfat daxili yollar
- İnzibati binalar (idarətmə ofisi, işçilərin istirahət otaqları, yeməkxana, geyim otağı, təmizlik-duş
kabinələri və s.)
Şəkil 4.1. İstixana üçün ayrılmış sahə