Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- İstixanaların bünövrəsi və inşası üçün lazım olan avadanlıqların müəyyənləşdirilməsi
|
- İstixanaların bünövrəsinin dərinliyinin nədən asılı olmasını müəyyənləşdirin.
- İstixanaların inşası üçün lazım olan material və avadanlıqları sadalayın.
- Əldə etdiyiniz nümunənin şəklini fotoaparatla çəkin.
|
- Bölgədə yerləşən istixana üçün hansı növ örtük materialından istifadə olunduğunu
müəyyənləşdirin
|
- Şüşə materiallı örtüklərin üstün və çatışmayan cəhətlərini aydınlaşdırın.
- Plastik örtüklərin növlərini sadalayın.
- Plastik örtüklərin növlərinin fərqləndirici xüsusiyyətlərinə diqqət yetirin.
|
- İstixananın istilik sistemini təşkil edən əsas avadanlıqları müəyyən edin
|
- İstixana şəraitində texniki isidilmənin geniş tətbiq edilməsini əsaslandırın.
- İstixananın istilik sistemini təşkil edən avadanlıq və qurğuları təsvir edin və müvafiq
qeydlər aparın.
- Kalorifer və konvektorun iş prinsipinin arasındakı fərqə aydınlıq gətirin.
|
- İstixananın suvarma və gübrələmə sistemini təşkil edən əsas avadanlıqları təhlil edin
|
- Damcıvari suvarma üsulunun üstünlüklərini müəyyən edin.
- Sadə quruluşlu damcıvarı suvarma sisteminin sxemini çəkin.
- Damcıvarı suvarma sistemlərinin çatışmayan cəhəti haqqında nə deyə bilərsiz?
- İstixananın suvarma və gübrələmə sistemini təşkil edən əsas avadanlıqları sadalayın.
|