3.3.4. Havalandırma və soyutma sistemlərini təşkil edən avadanlıqlar
Havalandırma sistemi istixana daxilində istilik və rütubət rejimini nizamlamağa imkan verir. İstiхanalarda havalandırma ventilyatorlar vasitəsilə və ya təbii ventilyasiya (pəncə və nəfəsliklər vasitəsilə) ilə həyata keçirilir (Şəkil 3.35 və Şəkil 3.36). İstixanada təbii ventilyasiya хüsusi avtomat qurğu vasitəsilə üst örtüyün bel hissəsinin açılıb-örtülməsi, ya da yan və üst nəfəsliklərin хüsusi dəstəklə açılması yolu ilə baş verir. İstixanada havalandırma sisteminin qurulmasının aşağıdakı üstünlükləri vardır:
İsti hava şəraitində istixanada temperatur yüksəldikdə çox funksiyalı soyutma sistemlərinin köməyilə mənfi təsirlər aradan qalxır və mikroiqlim nizamlanır. İstixananın soyutma sistemi aşağıdakı elementlərdən ibarətdir |