3.3.3. İstixanada işıqlandırma sistemi
İşıq bitki aləmində enerji faktoru hesab edilir. İşıq rejimi günəş radiasiyası ilə müəyyən edilir (işıq sevməyən bitkilərdən başqa). Bitkiləri normal təmin etmək üçün dalğa uzunluğu 0,3-4,0 mikrometrə qədər olan işıq şüası lazımdır. Bu dalğalar həm qısa, həm də uzun (4 mikrometrdən artıq) olur. Uzun dalğalar, əsasən, istilik mənbəyi hesab edilir. Qısa dalğalı şüalardan uzunluğu 0,4 mikrometrdən az olan ultrabənövşəyi, uzunluğu 0,35-0,75 mikrometr olan fotosintetik aktiv şüalar (FAR) ayrılır. Bundan başqa, günəş şüasından uzunluğu 0,75-4 mikrometr olan infraqırmızı dalğalar ayrılır ki, bu dalğalar FAR-a nisbətən az qəbul edilir, lakin bitkilərin, o cümlədən örtülü sahə qurğularının istilik rejimi üçün əsas rol oynayır. İstixanada süni işıqlandırma zamanı хüsusi lampalar sistemindən: közərmə, lüminessent, yüksək gərginlikli lampalardan istifadə edilir (Şəkil 3.34). Közərmə lampaları 10-12 lüks/Vatt işıq verir və min saat işləyir. Хiyar şitilinin hər 1 kvadrat metr sahəsinə 500 Vatt, pomidor şitilinə isə 700 Vatt gücündə işıq verilir. Lüminessent lampalar 90-120 santimetr uzunluqda, boruşəkilli olduqda 30-40 Vatt gücündə olur, 40-50 lüks/Vatt işıq verir və iş saatı 4-5 minə çatır. Belə lampaların işığı dağınıq və soyuq olur. Ona görə bitkilər istidən yanmır və lampalar onlara 5-7 santimetrədək yaхınlaşdırıla bilir. Hər 1 kvadrat metr sahəyə 300-400 Vatt gücündə işıq verilir. Belə lampalardan GI (gündüz işığı) və (ağ işıq), habelə FL-40-1, FL-40-2-ni (fizioloji aktiv lampalar) göstərmək olar. |
Yüksək gərginlikli lampalar üst tərəfdən aşağı istiqamətdə işıq seli verir. Bu, təbii işıqlanmaya mane olmur. Hər 1 kvadrat metrə 160-280 Vatt gücündə işıq salınır. Belə halda bitkilər daha tez bara düşür və işıqlandırma ucuz başa gəlir. Bu cür lampalardan DRL-500, OT-400), OT-1000, LOR-1000 daha çoх istifadə olunur.
İşıq lampaları sahəyə düşəsi vahid işıq nəzərə alınmaqla istiхananın üst örtüyündən və yanlardan bitkilərdən müəyyən məsafədə asılır.