Hazırda istixanalarda geniş şəkildə damcı üsulu ilə suvarma həyata keçirilir. Elə bir istixana təsəvvür etmək olmaz ki, orada damcı üsulu ilə suvrama aparılmasın. Bəs damcıvari suvarma üsulunun hansı üstünlükləi vardır?
Damcıvarı suvarmanın əsas üstünlükləri ondadır ki, suvarma suyu birbaşa bitkinin qida sahəsinə verilməklə bitki sudan və torpaqdakı qida maddələrindən səmərəli istifadə edir, sudan qənaətlə və səmərəli istifadə olunur, cərgəaraları quru qalmaqla sahənin alaqlanma dərəcəsi aşağı düşür, torpaq az-az damcılarla nəmləndirilməklə bitki kökləri eyni vaxtda həm nəmlik, həm də hava ilə təmin olunur, suvarma zamanı bitkilər stresə düşmür, üst qatda suyadavamlı torpaq hissəciklərinin yuyulmasının qarşısı alınır və torpağın erroziya təhlükəsi aradan qalxır. Ən əsası odur ki, sudan istifadə əmsalı 85-90 faizə qədər yüksəlir. Damcıvarı suvarma sistemləri – suqəbuledici, filtrasiya stansiyaları, magistral boru kəmərləri, paylayıcı boru kəmərləri və su damcıladıcılardan ibarətdir (Şəkil 20.). Damcıvarı suvarma sistemlərinin konstruksiyaları bitkinin və qruntun xüsusiyyətlərinə görə müxtəlif ola bilər. Odur ki, suvarma borularının növü, su buraxıcılar arası məsafə düzgün seçilməlidir.
Damcıvari suvarmada polietilen borular əkin sxeminə uyğun olaraq cərgəaralarına yerləşdirilir. Torpaqaltı damcılarla suvarma texnologiyasında isə polietilen borular torpağa 20-30 santimetr dərinliyində basdırılır. Suvarma zamanı su birbaşa bitkinin kök sistemi yayılan qatına verilir. Torpağın üst hissəsi isə quru qalır ki, bu da torpaq səthində buxarlanmanı azaldır. Borular cərgələrdə bitkinin əkin sxeminə uyğun yerləşdirilir. Cərgələrdə olan paylayıcı borular magistral boru kəmərinə birləşdirilir (Şəkil 3.32). Damcıvari suvarma sistemində ən çox polietilen boru cərgəaraları üçün lazım gəlir. Bunun üçün əkiləcək bitkinin əkin sxemini dəqiq bilmək lazımdır.