Polivinilxlorid:
Polikarbonat:
|
Hazırda istixana üçün istifadə edilən polikarbonat lövhələr 4 santimetr, 6 millimetr, 8 millimetr və 10 millimetr qalınlığında olur.
3.3. İstixana texnikası və avadanlıqları
Hər bir müasir istiхana bitkilərin normal inkişafı üçün istilik, havalandırma, suvarma, bitkilərin qidalandırılması üçün gübrələmə və süni işıqlandırma sistemi ilə təchiz edilir. Həmin sistemlər müxtəlif cihaz, qurğu və aparatlardan təşkil olunur. Nəticədə istixana şəraitində əksər texnoloji proseslər avtomatlaşdırılmış olur. 3.3.1. İstixananın istilik sistemini təşkil edən əsas avadanlıqlar İstixananın istilik sistemi, onun iş prinsipi daha vacib məsələlər olduğuna görə bu haqda növbəti bölmələrdə ayrıca məlumat verilmişdir. Bu bölmədə yalnız istilik sistemini təşkil edən avadanlıqlar haqqında məlumat şərh olunur. |