Hal-hazırda bu materialdan o qədər də geniş olmasa belə, istixanalarda istifadə edilir. Xüsusən, bu növ materialdan hal-hazırda həyətyanı sahələrdə qurulan kiçik ölçülü parnik və istixanalarda örtük materialı kimi istifadə edilir. Sovet dönəmində də istixanalarda çox geniş istifadə edilirdi. Burada qalınlığı 4 millimetr olan şüşədən istifadə edilir. İstifadə edilən şüşənin səthi nə qədər böyük olarsa, o zaman daha yaxşı işıq keçirmə qabiliyyəti olur, ancaq daha davamsız və sınması zamanı təmiri daha baha başa gəlir.
Şüşə materiallı örtüklərin əsas üstünlükləri:
3.2.3.2. Plastik örtüklər
Çox ucuz və asan əldə edilə bilən materialdır. Quraşdırılması və istifadəsi asandır. Plastik örtüklərin aşağıdakı növləri vardır:
1. Polietilen;
2. Polivinilxlorid; 3. Polikarbonat; 4. Dəmirlənmiş polietilen. Polietilen (Şəkil 3.27):
• Çox nazik və davamsızdır;
• Ucuz və tez əldə edilə biləndir; • İstifadəsi zamanı yüksək həssaslıq və diqqət tələb edir; • Əsasən, 1,2-3 metr enində satışda olur. |