Torpaqlı istiхanalarda bitki bilavasitə torpaqda bеcərilir, yәni tәrәcәlәr olmur (Şəkil 3.19). Bеlә istiхanaların saһәsi nisbәtәn böyük olur. Bəzi istixanalarda bitkilәr tәrәcәlәrdә bеcәrilir (Şəkil 3.20). Tәrəcənin eni, adətən, 80-90 santimetr, uzunluğu istiхananın еni qәdәr (bәzәn uzunluğu qədәr), tərəcənin dәrinliyi 0,3 metr, yеrdәn һündürlüyü isә 50-70 santimetr olur. Bitkilәrә asan qulluq еdilməsinə görə hәr iki tәrәcә arasında 0,5 metr ara məsafəsi olur. Mərtəbələrin sayı istixanaların hündürlüyündən və becərilən bitkinin növündən asılı olaraq dəyişir. İstixanada bitkilər torpaqda və yaxud torpaqsız süni əkin materialında (hidroponika) becərilir. Torpaqdan fərqli olaraq hidroponika üsulu ilə becərilmədə şitil içərisində süni substratlar olan xüsusi qablara, dibçəklərə əkilir. Hidroponika - torpaqsız əkin üsulu olub burada bitkilər süni əkin materialında qidalı məhlul vasitəsi ilə yetişdirilir. Yəni torpaqdan fərqli olaraq burada bitkilər süni substratdan heç bir qida maddəsi mənimsəmir. Bitkilərin tələb etdiyi qida maddələri damcı üsulu ilə qidalı su şəklində bilavasitə bitki köklərinə verilir. Hidroponika yunan sözü olub hidro - su, poniks - iş deməkdir, yəni işçi su və ya məhlul mənasını verir. Hidroponikada bitki mənşəli (məsələn: kokopit - hind qozunun saçaqları) tullantılardan və sintetik materiallardan (məsələn: minvata) hazırlanmış substratlardan istifadə olunur. Onların əsas funksiyası bitki köklərini örtməkdən və mexaniki möhkəmlətməkdən ibarətdir. Bu cür substratlar, əsasən, dibçəklərə, polietilen torbalara doldurulur və şitil əkilir. |
İstifadə müddətinə görə istixanalar qış və yaz istixanalarına ayrılır. Qış istixanalarından bütün il boyu istifadə edilir. Yaz istixanalarından isə fevraldan oktyabra qədər istifadə olunur.
İstixanalar günəş şüası ilə, bioloji substratların parçalanması hesabına yaranan isti buxarla və texniki üsullarla (su və hava ilə qızdırma və s.) isidilir.
Quruluşuna görə istixanalar bir tərəfə meylli (Klin tipli), iki tərəfə meylli (Anqar tipli), çox tərəfə meylli (Blok tipli) və tunel tipli olur.