İstixanalar təkmilləşdirilmiş quruluşa malik olub (havalandırıcı pəncərələr, nəfəsliklər, qapı və s.), içərisində insan və texnikanın hərəkəti mümkündür, süni yolla isidilir və işıqlandırılır (isitmə və işıqlandırma sistemi ilə təchiz edilmiş), daxilində mikroiqlim nizamlana bilir (Şəkil 3.14).
İstixanalar parniklərə nisbətən daha mütərəqqi quruluşa malik olub il boyu istifadə olunan kultivasiya binaları hesab olunur. İstixanaların parniklərdən ən əsas fərqi ondadır ki, istixanada insanın və texnikanın hərəkəti mümkün olur, parnikdə isə bitkilərə qulluq kənardan həyata keçirilir.
İstixanada bitkilərin normal böyüməsi və inkişafı üçün optimal şərait yaratmaq mümkün olur. İstixanaların parniklərdən ikinci əsas fərqi ondadır ki, parniklər yalnız günəş şüası və bioloji substratlar hesabına isidilir, parniklərdə isə işıqlanma və isidilmə süni yolla həyata keçirilir.
İstixanalar soyuq dövrdə və ilin bütün fəslində meyvə-tərəvəz bitkiləri becərmək və açıq sahə üçün şitil istehsal etmək üçün olduqca əhəmiyyətlidir.
İstixanalar aşağıdakı xüsusiyyətlərinə görə təsnifləndirilir: