Şəkil 3.8-də təsvir olunan yeraltı parniklər torpaq divara malik olur və onlar yerüstü parniklərlə müqayisədə isti olur. Yeraltı parniklərdən əksər hallarda şitil yetişdirmək üçün istifadə olunur. Yerüstü parniklər şaxtalı hava şəraitində bitkiləri soyuqdan qoruya bilmir, ona görə də onlar gec istifadə olunan hesab olunur və burada bitkilər erkən yazda (mart ayında) əkilir. Yerüstü parniklərdən həm şitil, həm də məhsul yetişdirmək üçün istifadə oluna bilər. Yerüstü soyuq şitillik hesab edilən parniklərdə əsas istilik mənbəyi onların döşəməsinə sərilmiş yarım çürümüş peyin hesab olunur. Peyinin parçalanması hesabına isti buxar yaranır ki, bu da yerüstü parniklərdə xarici şəraitlə müqayisədə daxildə bir qədər temperatur yaradır. Adətən, şitil üçün istifadə olunan yerüstü parniklərin çərçivələri standart ölçüdə olub eni 106 santimetr, uzunluğu 160 santimetr olur. Parniklər bir-birindәn dәrinliyinә, divarın materialına görә fәrqlәnir ki, bu da onların istifadə müddətini şərtləndirir. Yәni faraş (daha tez bitki əkilən) parniklәr dәrin, gec istifadә olunan parniklәr isə nisbәtәn dayaz olur. Bu baxımdan istifadə müddətinə görə parniklər aşağıdakı kimi qruplaşdırılır:
Parniklər quruluşuna görə aşağıdakı kimi olur:
|