Parniklər sadə konstruksiyalı olub istixanalara nisbətən alçaqdır, içərisində insan və texnikanın hərəkəti məhdudlaşır, kənardan idarə edilir, daxilində mikroiqlim nizamlana bilmir, əsasən, günəş şüaları və torpağa verilmiş üzvi-bioloji substratlar (peyin, kompost və s. parçalanması hesabına istilik yaranır) hesabına isidilir.
Parnik rus sözü olub mənası “buxar verən yer” deməkdir. Parniklərdə istilik mənbəyi bitkilərdən aşağıda yerləşir və altdan yuxarı istilik verir. Sadə quruluşlu bir tərəfə meylli parniklərdə (Şəkil 3.5), adətən, 50 santimetr dərinliyində xəndək qazılır və oraya 30 santimetr qalınlığında peyin tökülür. Burada peyin istilik mənbəyi rolunu oynayır və peyinin üzərinə 15-20 santimetr qalınlığında münbit torpaq tökülür. Bir tərəfə meyilli parniklərdə əksər hallarda yerüstü örtük hissənin bir tərəfinin divarı 20 santimetr, digər tərəfinin isə divarı 15 santimetr hündürlüyündə olur. Belə olan halda parnikin üzərində maillik yaranır ki, bu da yağıntıların örtüyün üzərindən asanlıqla axıb getməsinə şərait yaradır.
Hazırda təsərrüfatlarda istifadə olunan parniklər yan tərəflərinin, yəni divar hissəsinin materialına görə aşağıdakı növlərə ayrılır:
|