Örtülü sahələrin özünəməxsus üstünlükləri vardır:
Məlumdur ki, örtülü sahə dedikdə bitkini soyuqdan və əlverişsiz mühit şəraitindən qoruyan, isidilən sahə başa düşülür. Çünki sahənin və ya torpağın üzəri örtülürsə, orada müəyyən istilik yaranır. Bu istilik təbii günəş enerjisi hesabına və ya süni yolla alına bilər. Bu baxımdan örtülü sahələr isidilməsinə və konstruksiyasına (quruluşu) görə aşağıdakı növlərə ayrılır:
Qeyd olunan hər bir örtülü sahədə bitkilər əlverişsiz hava şəraitindən qorunur və erkən (faraş) məhsul alınmasına imkan yaranır. Yəni burada məqsəd mövsümü qabaqlayaraq daha tez məhsul əldə etməkdir.
Bəzən fermerlər parniklə istixanaları bir-birindən ayırd edə bilmir. Belə ki, əksər insanlar təsərrüfatlarda rast gəlinən hər istixananı parnik və ya əksinə adlandırır. Ancaq onları bir-birindən ayıran fərqli xüsusiyyətlər vardır (Şəkil 3.2).
Parnik və istixanaları bir-birindən fərqləndirən cəhətlər aşağıdakılardır:
Parniklər | İstixanalar |
Sadə konstruksiyalı olub daxilində mikroiqlim nizamlana bilmir, əsasən, günəş şüaları və torpağa verilmiş üzvi-bioloji substratlar (peyin, kompost və s. üzvi gübrələrin parçalanması hesabına istilik yaranır) hesabına isidilir (Şəkil 3.2). | Təkmilləşdirilmiş quruluşa malik olub (havalandırıcı pəncərələr, nəfəsliklər, qapı və s.), süni yolla isidilir və işıqlandırılır (isitmə və işıqlandırma sistemi ilə təchiz edilmiş). Daxilində mikroiqlim nizamlana bilir (Şəkil 3.2). |
Məhsul istehsalı, əsasən, yaz-yay dövrünü əhatə edir. | İlin payız-qış mövsümü də daxil olmaqla il boyu məhsul istehsalı mümkündür. |
Hündürlüyü 1,5 metrə qədər olur. İnsan və texnikanın hərəkəti məhdudlaşır. | Hündürlüyü 2,5 metr və daha çox olur. İçərisində işçilərin və kənd təsərrüfatı maşınlarının hərəkəti mümkün olur. |
İnşası üçün az vəsait tələb edir. | İnşası üçün daha çox vəsait tələb olunur. |