Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Karate K.E, Nurelle-D, karbofos, Sumi–Alfa, Desis. Qeyd olunan kimyəvi dərmanlara
diqqət yetirin. Onlar hansı pestisid qrupuna daxildir?
A) Funqisid;
B) Akarsid;
C) İnsektisid;
D) Bakterisid.
Sual 12. Hidroponikada istifadə edilən, yalnız bitki mənşəli (təbii) substratlar olan
sıranı seçin.
A) Mineral yun və ya minvata, kokopit, xırdalanmış saman və torf qarışığı, ağac qırıntıları, bəzi dekorativ
bitkilərin çiçək və gövdə qırıntıları;
B) Kokopit, xırdalanmış saman və torf qarışığı, ağac qırıntıları, bəzi dekorativ bitkilərin çiçək və
gövdə qırıntıları;
C) Mineral yun və ya minvata, hidrogel, şüşə yunu, plastik köpük materialı, polistirol;
D) Şüşə yunu, plastik köpük materialı, polistirol, ağac qırıntıları, bəzi dekorativ bitkilərin çiçək
və
gövdə qırıntıları.
Sual 13. Stomp 33 faiz, Furore super 7.5 EMB, Betanal C, Butizan C, Uragan VR. Qeyd olunan
kimyəvi dərmanlara diqqət yetirin. Onlar hansı pestisid qrupuna daxildir?
A) Bakterisid;
B) Akarsid;
C) İnsektisid;
D) Herbisid.
Sual 14. Hidroponikada istifadə edilən, yalnız süni (sintetik) substratlardan ibarət olan
sıranı seçin.
A) Kokopit, xırdalanmış saman və torf qarışığı, ağac qırıntıları, bəzi dekorativ bitkilərin çiçək və
gövdə qırıntıları;
B) Polistirol, kokopit, xırdalanmış saman və torf qarışığı, ağac qırıntıları, bəzi dekorativ bitkilərin
çiçək və gövdə qırıntıları;
C) Torf, şüşə yunu, plastik köpük materialı, polistirol, ağac qırıntıları, bəzi dekorativ bitkilərin
çiçək və gövdə qırıntıları;
D) Mineral yun və ya minvata, hidrogel, şüşə yunu, plastik köpük materialı, polistirol.
Sual 15. Bitkilərdə göbələk xəstəliklərinə qarşı istifadə edilən pestisidlər qrupu
necə adlanır?
A) İnsektisid;
B) Funqisid;
C) Akarsid;
D) Herbisid.