|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Pestisidlər – bitkilərin gübrələnməsində tətbiq edilən kimyəvi
vasitələrdir.
Sual 2. Herbisidlər bitkilərin xəstəlik törədicilərinə qarşı istifadə olunan
kimyəvi dərmanlardır.
Sual 3. Müasir gübrə kisələrinin üzərində standartlara uyğun olaraq qeyd olunan
TE - işarəsi mikroelementlərin mövcudluğunu göstərir.
Sual 4. Bağçılıqda məhsul istehsalı üçün ən çox istifadə edilən istehsal
vasitələri pestisidlər, gübrələr, toxum, süni torpaq və ya qarışıq substratlar hesab olunur.
Sual 5. 30.10.10+TE. Burada birinci rəqəm fosforun, ikinci rəqəm azotun və
üçüncü rəqəm kaliumun faizlə miqdarını göstərir.
|
|
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
Sual 6. Bağçılıqda xəstəlik və zərərvericilərə qarşı xüsusi bitkilərdən təbii dərmanlar
hazırlanır. Bu
bitkilər ............................... adlanır.
Sual 7. .............................-torpaqsız əkin üsulu
olub burada bitkilər süni əkin materialında qidalı məhlul vasitəsi ilə yetişdirilir.
Sual
8. Meyvə bağı
salındıqda əkin materialı kimi ............................... istifadə edilir.
Sual 9. Tərkibində bir çox zərərverici həşəratlara, xüsusən, sovkaya qarşı parazit
................................ olan biopreparat bitoksibasilin hesab olunur.
Sual 10. .................................... gübrələrin suvarma suyu ilə birlikdə
bitkilərə
çatdırılmasıdır.