Praktiki tapşırıq 1-i yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
- Torpaq və ona qatılacaq substratlardan (torf, biohumus, peyin çürüntüsü, hazır kompost, kül,
kokopit, ağac yonqarı, çınqıl, çay qumu və s.) biri və ya müqayisə məqsədilə bir neçəsi;
- Uyğun tərəvəz bitkilərinin (pomidor, xiyar və s.) toxum və ya şitili;
- Şitil əkmək üçün dibçəklər;
- Torpaq tədarükü üçün bel;
- Suvarma üçün 0,5-1 litr su;
- Substratların çəkisini müəyyən etmək üçün elektron tərəzi;
- Ələk;
- Dibçəklərə torpaq doldurmaq üçün kiçik kürəkciklər və ya çömçələr;
- Qeydiyyat üçün kağız və qələm.
Praktik tapşırıq 1-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə əks olunan bacarıqlardan hansına sahib
olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
- İşin icrası üçün tələb olunan materialları tədarük etdinizmi?
- Müxtəlif nisbətlərə uyğun olaraq tərəzidə substratları çəkib
götürdünüzmü?
- Substratları bir-birinə qarışdırıb qidalı torpaq qarışığı
hazırladınızmı?
- Dibçəkləri hazırladığınız qidalı torpaq qarışığı ilə doldurdunuzmu?
- Şitil və ya toxumu dibçəyə əkib suladınızmı?
- Müxtəlif qidalı torpaqlara əkilmiş bitki nümunələrini işarələdinizmi?
- Nəticələri müqayisə etdinizmi?
|
|