Təbii və süni substratlardan ibarət qidalı torpaq qarışığının
hazırlanması və dibçək üsulu ilə şitil əkini
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- İşin icrası üçün tələb olunan materialların tədarük edilməsi
|
- Alaqsız və münbit sahədən bir qədər (1-2 kiloqram) yumşaq torpaq götürün və ölçüsü 1-2
santimetr olan ələkdən keçirin.
- Substrata qatmaq məqsədilə 1-2 kiloqram torf, biohumus, peyin çürüntüsü, hazır kompost,
kül və s. üzvi gübrələrdən birini əldə edin (müqayisə üçün bir neçəsi ola bilər).
- Substratda məsamə yaratmaq məqsədilə kokopit, ağac yonqarı, çınqıl, çay qumu və s.
materiallardan birini tədarük edin (1-2 kiloqram).
- Əkin qabları və ya plastik dibçəklər tədarük edin.
- Əkin materialı kimi uyğun tərəvəz bitkilərindən (pomidor, xiyar və s.) birini seçin,
onların toxum və ya şitilini əldə edin.
- Suvarma üçün 0,5-1 litr su.
|
2. Qidalı torpaq qarışığının hazırlanması |
- Müxtəlif nisbətlərdə substratlar götürün (məsələn, 1:1:0,5 və ya 2:1:0,5 nisbətdə
torpaq, üzvi gübrə və məsamə yaradan material).
- Müəyyən etdiyiniz nisbətlərə uyğun olaraq hər bir substratı elektron tərəzidə çəkin.
- Sonra substratları bir yerə toplayın, yaxşı qarışdırın və dibçəklərə doldurun.
|
3. Şitil və ya toxum əkini |
- Əldə etdiyiniz şitil və ya toxumu dibçəklərə əkin və sulayın. Əgər toxum əkilərsə,
üzərinə 1-2 santimetr qalınlığında hazırlanmış yumşaq qidalı torpaq tökün.
|
4. Müşahidə və qeydiyyatların aparılması |
- Müxtəlif qidalı torpaqlara əkilmiş bitki nümunələrini nömrələyin.
- Əkindən etibarən müvafiq vaxtlarda onların inkişafını izləyin.
- Müşahidə etdiyiniz dəyişiklikləri və fərqli xüsusiyyətləri dəftərinizdə qeyd edin.
- Sonda nəticələri müqayisə edin, hansı substratda bitkinin normal inkişaf etdiyini qrup
yoldaşlarınızla müzakirə edin.
|