Sizi əhatə edən bağçılıq təsərrüfatlarına, xüsusilə də, ting, şitil və toxum istehsal edən
təsərrüfatlara səfər edin və onların iş şəraiti ilə tanış olun.
Həmin təsərrüfatlarda istifadə edilən istehsal vasitələrini (gübrə, pestisid və s.) araşdırın və
onların istifadə qaydalarına diqqət yetirin.
Yaşadığınız ərazidə yerləşən istixanalarda torpaqlı və torpaqsız becərmə texnologiyalarını
dəqiqləşdirin, burada istifadə edilən süni substratları təhlil edin.