Qeyd olunan keyfiyyət göstəriciləri üzüm tingləri üçün də xarakterikdir. Üzüm tingi tinglik sahəsindən çıxarıldıqdan sonra çeşidlərə ayrılır. Çeşidlər I sort, II sort və çıxdaşdan ibarətdir.
I sortun tələbləri: azı üç əsas kök olmalıdır. Əsas köklərin diametri 1 millimetr və daha çox olur. Əsas köklər kök gövdəsi ətrafında simmetrik yerləşməlidir. Yerüstü hissədə olan bir ədəd zoğun azı 25 santimetri yetişmiş olmalıdır.
II sortun tələbləri: köklər və zoğ zəif olur. Əgər tingdə olan 3-4 əsas kök kök gövdəsi ətrafında simmetrik yerləşmirsə, onda həmin tinglər II sorta daxil edilir. II sorta daxil olan tinglər satılmır və üzümlük salınması işində istifadə edilmir. Onlar növbəti ildə təkrar olaraq tingliyə əkilir.
Çıxdaşa daxil edilən bitkilər ting yox, qurumuş çöp adlanır.
Tinglikdə becərmə işləri elə təşkil edilməlidir ki, II sort tinglər və çıxdaşlar azlıq təşkil etsin.
Tərəvəz şitilləri üçün müvafiq keyfiyyət göstəriciləri mövcuddur. Məsələn, keyfiyyətli və standart pomidor şitili aşağıdakı tələblərə cavab verməlidir:
Toxumlar, adətən, müxtəlif qablarda (konteynerlərdə, kisələrdə) satılır. Toxumların satıldığı qabların üstündə onun etiketi olmalı və aşağıdakılar göstərilməlidir:
İxtisaslaşdırılmış təsərrüfatlar toxumları satarkən Azərbaycan Respublikasının Dövlət Standartı tərəfindən təsdiq edilmiş formada “Toxum şəhadətnaməsi” və “Toxumun kondisiyalılığı haqqında” vəsiqə verməlidir.