Hazırda bir çox müasir istixanalarda qeyd olunan substratlardan fərqli olaraq bitki suda, yəni substratsız becərilir. Sırf suda (aquaponic) becərmə üsulunda heç bir substrat istifadə edilmir. Sadəcə qablara çınqıl tökülür və bitki kökləri qidalı suda (əsasən, balıq saxlanılan iri akvariumlardan nəql olunan qidalı su) inkişaf edir. Kök yayılan hissədə su-hava rejimi xüsusi avtomatlaşdırılmış sistem hesabına nizamlanır.
2.8. Bağçılıqda istifadə edilən əkin materialları və onlara qoyulan tələblər
Bağçılıqda ən vacib məsələlərdən biri yüksək keyfiyyətli əkin materialı ilə təminatdır. Bağçılıqda əsas əkin materialları ting (meyvə bitkilərində), şitil (tərəvəz və ya bostan bitkilərində) və toxum (səbzə tərəvəz, kartof, soğan və s.) hesab edilir. Aşağı keyfiyyətli əkin materialından istifadə etdikdə bu məhsuldarlığı azaldır, alaq otlarının yayılması, bitkinin xəstəlik və zərərvericilərə yoluxması risklərini artırır. Ucuz və keyfiyyətsiz əkin materialından istifadə etmək olmaz. Əkin materialı ting (Şəkil 2.33), şitil (Şəkil 2.35) və ya toxum istehsalı ilə məşğul olan ixtisaslaşdırılmış təsərrüfatlardan alınmalıdır. Keyfiyyətli meyvə tingi aşağıdakılara cavab verməlidir:
|