Torpaqsız (hidroponika) əkinin əsas çatışmazlıqları aşağıdakılardır:
- Torpaqdan fərqli olaraq hidroponika üsulu ilə becərmədə bitki substratdan heç bir
bioloji fəal üzvi maddə, vitamin və s. mənimsəmir, məhsuldarlıq, əsasən, kimyəvi mineral
gübrələr hesabına formalaşır;
- Bitki yalnız qidalı su hesabına inkişaf edir, torpaqdan fərqli olaraq gübrə - su
xərcləri artır və məhsul baha başa gəlir;
- Torpaqdan fərqli olaraq süni substratlarda qida maddələrini bitkilər üçün mənimsənilən
hala salan, vitamin - ferment (bioloji fəal maddə) sintezində və ümumilikdə mikrobioji
proseslərin getməsində fəal rol oynayan xeyirli mikroorqanizmlər olmur və nəticədə
qidalılıq dəyəri aşağı olan məhsullar istehsal olunur;
- Torpaqdan fərqli olaraq hidroponika üsulu ilə becərmədə, mineral gübrələr, o cümlədən,
dezinfeksiyaedici kimyəvi maddələr və kökdən verilən pestisidlər birbaşa su ilə bitkiyə
verilir, onların tərkibində olan ağır metallar və digər zəhərli (toksik) birləşmələr
mütəhərrik hala keçərək mənimsənilir və məhsulda toplanır. Torpaqda isə qeyd olunan
zəhərli maddələr mikroorqanizmlər vasitəsilə parçalanır, onlar ferment ifraz edərək
həmin zəhərli birləşmələri neytrallaşdırır və onların mənfi təsirini minimuma endirir;
- Hidroponika üsulu ilə müqayisədə, torpaqda becərilən məhsulun qidalılıq dəyəri yüksək
olur və ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal olunur.
|
Şəkil 2.30. Dekorativ bitkilərin çiçək və gövdə qırıntılarını substrat kimi istifadəsi
Şəkil 2.31. Hidriponika ilə becərmədə substratlardan istifadə
|