Son zamanlar bağçılıqda, xüsusilə açıq və örtülü tərəvəzçilikdə, dibçək şəraitində şitil yetişdirmək və ya bitki becərmək məqsədi ilə süni torpaq və substratlar geniş istifadə edilir. Süni torpaq dedikdə süni yolla hazırlanmış münbit torpaq qarışığı başa düşülür. Burada müəyyən hissə torpaq, peyin, torf, kompost, biohumus və s. üzvi gübrələrlə qarışıdırılır. Buraya əlavə olaraq strukturalılığı saxlamaq məqsədilə çay qumu, kül və s. qarışdırılır. Alınan qarışıq süni torpaq adlanır və bu dibçəklərdə, selofan torbalarda şitil yetişdirmək üçün geniş istifadə edilir. Həmçinin, hazırlanmış süni torpaq, açıq şəraitdə tərəvəz bitkilərinin şitili əkilərkən yuvalara da tökülür.
Süni substratlara isə kokopit (hind qozunun saçağı), mineral pambıq və ya minvata, saman, ağac kəpəyi və s. aid edilir. Bu substratlar, əsasən, torpaqsız üsulda (hidroponika) bitki yetişdirmək üçün istifadə edilir.
2.7.1. Süni torpaq qarışığının hazırlanması və istiParnik və istixanalarda bitkiləri münbit torpaq qarışığında yetişdirirlər. Bu torpaq qarışığı çim yerinin torpağından, çürüntüdən (torf, yarım çürümüş peyin, kompost və s.) və qumdan ibarət olur. Süni torpaq qarışığını istifadə müddətindən 1-1,5 ay qabaq hazırlamaq lazımdır.
Parnik və istixanalarda bitki becərmək üçün istifadə edilən torpaq yüksək keyfiyyətli olmalı və vahid sahədən ən yüksək və keyfiyyətli məhsul götürməyə imkan verməlidir.
Çünki parnik və istixananın hər kvadrat metr sahəsinə xeyli vəsait və pul sərf edilir. Odur ki, parnik və istixana üçün torpağı süni surətdə istənilən keyfiyyətdə hazırlayırlar.
Süni torpaq qarışığı aşağıdakı tələblərə cavab verməlidir:
Lakin heç bir təbii torpaq və ya çürüntüdə bu xüsusiyyətlər kifayət qədər olmur. Ona görə də parnik və istixanalarda bitki becərmək üçün bir neçə materialı qarışdırıb süni torpaq hazırlayırlar. Bu materiallar çim torpağı, çürüntü, əhəng, mineral gübrələr və s. ola bilər.
Süni torpaq qarışığı hazırlamaq üçün strukturu və kifayət qədər münbitliyi olan çimli torpaq əhəmiyyətli sayılır.
Çim torpağının hazırlanması (tədarükü) - ən yaxşı çim torpağı dağətəyi yerlərdə və çökəkliklərdə olan çəmənliklərdə yayılır. Çimlər çəmənliklərdən xüsusi laydırlı kotanlarla 5-10 santimetr qalınlığında və təxminən 25-30 santimetr uzunluğunda laylarla kəsilir. Sonra isə bu laylar iti bel vasitəsilə çim parçalarına ayrılır. Çimləri kotan olmadıqda adi bel vasitəsilə də kəsmək olar. Bel ilə kəsdikdə çimlərin qalınlığı 8-10 santimetr, eni 10 santimetr, uzunluğu isə 20 santimetr olur.