Şəkil 2.26. Sapropel
Şəkil 2.27. Yaşıl gübrə
Şəkil 2.28. Peyin
- Yaşıl gübrə - paхlalı bitkilərin və ya digər ot bitkilərinin torpağa azot və üzvi
maddələr verən yaşıl һissəsi yaşıl gübrə (siderat) adlanır. Bitki kütləsi torpağa
qarışdırıldıqda onu azotdan başqa, digər qida maddələri ilə də zənginləşdirir (Şəkil
2.27);
- Maye yaşıl gübrə - maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş
tətbiq olunur. Belə gübrələr bitki tərəfindən asan mənimsənilir və onlar bitkilərin
intensiv boy atmasını təmin edir. Maye yaşıl gübrə müxtəlif bitkiləri (məsələn:
gicitkən, xəndəkotu və s.) qıcqırtmaqla hazırlanır. Onun tərkibində çoxlu miqdarda azot
və kalium elementləri vardır. Bu gübrələr bitkilərin suvarılmasında birbaşa kökdən
verilir, həmçinin, onun duruldulmuş cövhəri bitki üzərinə çilənir və kökdən kənar
yemləmə həyata keçirilir;
- Peyin. Peyin ən müһüm üzvi gübrədir. Peyinin əhəmiyyəti, yalnız onda müһüm
elementlər
sayılan azot, fosfor və kaliumun olması ilə deyil, һəm də ucuz başa gəlməsi və torpaqda
öz təsirini uzun müddət saxlaması ilə əlaqədardır. Peyinin tərkibində əsas qida
maddələrindən olan azot, fosfor, kalium, kalsium, bir sıra mikroelementlər və bir çoх
başqa qida maddələri vardır. Peyin və başqa üzvi gübrələr torpağa verilməklə orada
mikroorqanizmlər üçün qida mənbəyi yaradılır və torpaqda mikrobioloji proseslər
sürətlənir (Şəkil 2.28);
- Quş zılı - quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin
kimi onun da
tərkibində bitkilərə lazım olan qidalı maddələr vardır. Lakin quş zılında bunlar daha çoxdur. Buna
səbəb quşların daha qüvvətli yemlərlə qidalanmasıdır.
Qeyd olunan üzvi gübrələr aşağıdakı üstünlüklərə malikdir:
• Torpağın münbitliyini uzun müddət davamlı saxlamağa imkan verir;
• Kimyəvi mineral gübrələrdən istifadəni azaldır;
• Bağçılıqda bitkilərin məhsuldarlığını yüksəldir;
• Məhsulun keyfiyyəti yaxşılaşır.