- Biohumus - biohumus, yaxud qurd peyini (korpolit) üzvi tullantıları
emal edən
soxulcanların hazırladığı 1-3 millimetr ölçüdə dənəvər kütlədir. Biohumus ən müasir,
natural üzvi gübrədir. Tərkibi mikroelemetlərdən, antibiotiklərdən, vitaminlərdən və
hormonlardan ibarətdir. Biohumus həm də mikrobioloji gübrədir, tərkibi torpağı
münbitləşdirən mikroorqanizmlərlə zəngindir. Tərkibində humin maddələri də vardır.
Biohumusda xəstəlik törədiciləri, helmintlər (qurdlar), alaq otları toxumları, milçək
sürfələri olmur (Şəkil 2.23);
- Kompost - kompost bitki və һeyvan mənşəli tullantıların (peyin, quş
zılı, kül,
bitkilərin yaşıl və quru kütləsi, şərabçılıq sənayesi tullantıları, bitki mənşəli ərzaq
tullantıları və s.) birlikdə çürüdülməsi ilə hazırlanmış, qida maddələri ilə zəngin olan
üzvi gübrədir. Kompost torpaqda qida maddələrinin miqdarını artırır, gilli torpaqları
yumşaldır, qumlu torpaqlarda isə susaxlama qabiliyyətini yaxşılaşdırır. O, bitkilərə
güc, məhsuldarlıq bəxş edir və onları xəstəlik və zərərvericilərə qarşı immunitetini
atrırır (Şəkil 2.24);
- Torf - torf bataqlıq bitkilərinin çürüməsindən alınan üzvi gübrədir.
Torfun tərkibində
bitkilər üçün mənimsənilən qida elementlərinin az olmasına baxmayaraq, o, humusun
miqdarını artırır və torpağın strukturunu yaxşılaşdırır (Şəkil 2.25);
Sapropel (lil) - lil göllərin, çayların, kanalların
dibində toplanır.
Onun tərkibində çoxlu çürüntü,
azot, kalium və fosfor var. Qısamüddətli qurutma prosesindən sonra onu qumsal
torpaqlarda (kq/m2)
müvəffəqiyyətlə istifadə etmək olar (Şəkil 2.26);
|
Şəkil 2.23. Biohumus
Şəkil 2.24. Kompost
Şəkil 2.25. Torf
|