Hazırda bağçılıqda, damcı suvarma sistemi ilə torpaqda becərilən açıq və örtülü tərəvəz sahələrində, o cümlədən torpaqsız (hidroponika) tərəvəz əkinlərində fertiqasiya üçün müxtəlif çeşidli suda həll olan toz və maye şəkilli mineral gübrələr istifadə edilir. MR. Thor WSF, MR Joker, MR. Star, Plantafol, Multi Micro Combi və s. markalı toz şəkilli suda həll olan gübrələrin tərkibində mikroelementlər (TE-mikroelementlərin mövcudluğunu göstərir) olmaqla yanaşı, N, P və K miqdarı aşağıdakı nisbətlərdə olur (Şəkil 2.20):
• 18-18-18+TE;
• 20-20-20+TE; • 15-30-15+TE; • 03-05-40+TE; • 20.10.20+TE; • 16-8-24+TE; • 15-5-30+TE; • 10.40.10+TE; • 30.10.10+TE. Burada birinci rəqəm azotun, ikinci rəqəm fosforun və üçüncü rəqəm kaliumun faizlə miqdarını göstərir. Bundan başqa, bu gübrələrin tərkibində suda həll olan, bitkilər tərəfindən asan mənimsənilən mikroelementlər də vardır. Qeyd olunan gübrələr kompleks gübrələr olub onlarda makroelementlər iki qat və üç qat ola bilər, yəni onların tərkibində bitkilər üçün lazım olan iki və ya üç əsas element, həmçinin mikroelementlər – bor, mis, molibden və s. ola bilər. Məsələn, 20-20-20+TE gübrəsinin tərkibində makro və mikro elementlərin miqdarı aşağıdakı kimidir:
• Ümumi azot – 20 faiz;
• Ammonium azotu (NH4) - 4,2 faiz; • Nitrat azotu (NO3) - 6,2 faiz; • Amid azotu və ya sidik cövhəri (NH2) - 9,6 faiz; • Mütəhərrik fosfor P2O5 – 20 faiz; • Mübadiləvi kalium K2O – 20 faiz; • Suda həll olan bor (B) - 0,01 faiz; • Suda həll olan mis (Cu) - 0,01 faiz; |