Bitkilərə vegetasiya dövründə yemləmə şəklində verilən gübrələr suvarmadan sonra suda həll olub
bitkinin kökü ətrafına yayılır, nəticədə bitki daha yaxşı inkişaf edə bilir. Əlavə yemləmə
gübrəsi verilərkən asan həll olan gübrələrdən istifadə etmək lazımdır. Qeyd olunanlardan aydın
olur ki, bağçılıqda əsas və əlavə gübrələmədə (yemləmədə) gübrələr quru halda torpağa verilir.
Bağçılıqda ən çox aşağıdakı sadə və mürəkkəb (kompleks) gübrələrdən istifadə edilir (Şəkil 2.8):
|
Məlumdur ki, son dövrlərdə bağçılıqda damcı üsulu ilə suvarma geniş tətbiq edilir. Bu baxımdan meyvə-tərəvəz bitkilərinin gübrələnməsi damcı suvarma ilə birlikdə həyata keçirilir. Bu üsul fertiqasiya adlanır. Fertiqasiya gübrələrin suvarma suyu ilə birlikdə bitkilərə çatdırılmasıdır (Bar-Yosef, 1991.) Fertiqasiya üçün damcı üsulu ilə suvarma sistemi və uyğun gübrə seçimi olmalıdır. Burada fertiqasiya üçün uyğun gübrə dedikdə suda həll olan toz və ya maye şəkilli gübrələr başa düşülür.