Müasir biopreparatların əhəmiyyəti nədir?
Tərəvəz bitkilərinin fitoftora, fuzarioz, kök çürümə və unlu şeh xəstəliklərinə qarşı
aşağıdakı biopreparatlar istifadə oluna bilər:
- Tərkibində baccilius subtillis, pseudomonas fluorescens bakteriyaları olan biopreparatlarla toxumun
dərmanlanması və kökdən yemləmə;
- Trichoderma lignorum göbələyi olan biopreparatlarla toxumun dərmanlanması və kökdən qidalanma;
- Bağçılıqda zərərverici həşəratlara qarşı tərkibində bir çox mikroorqanizmlər olan biopreparatlar
geniş tətbiq edilir;
- Tərkibində bir çox zərərverici həşəratlara, xüsusən, sovkaya qarşı parazit mikroorqanizmlər olan
biopreparat bitoksibasilin hesab olunur (sərfiyyat norması 3-4 kq/ha). Mənənəyə qarşı tərkibində
Bacillus thuringiensis bakteriyası olan biopreparatlardan istifadə olunur. Bacillus thuringiensis
əksər zərərvericilərin paraziti hesab olunmaqla onların həzm orqanlarını məhv edərək öldürücü təsir
göstərir. Tərkibində Bacillus thuringiensis bakteriyası olan 1-3 kq/ha (məsələn, dendrobasilin)
biopreparat götürülür və 400-600 litr suya qarışdırılıb çilənməlidir.