Son dövrlərdə bağçılıqda pestisidlərlə yükləməni azaltmaq üçün xəstəliklərə qarşı müasir biotexnologiyanın uğurlarından istifadə edilir. Burada xəstəliktörədicilərinə qarşı bioloji mübarizə kimi antaqonist (həmin parazitə düşmən) mikroorqanizmlər və onlardan alınan məhsullar geniş tətbiq olunur.
2.4.1. Bağçılıqda xəstəlik və zərərvericilərə qarşı istifadə olunan bioloji mənşəli biopreparatlarSon dövrdə meyvə-tərəvəz bitkilərinin zərərverən orqanizmlərinə qarşı geniş təsir dairəsinə malik biopreparatlar istifadə edilir. Tərkibində baccilius subtillis, pseudomonas fluorescens bakteriyaları və Trichoderma lignorum göbələyi olan biopreparatlarla toxumun dərmanlanması nəticəsində tərəvəz bitkilərinin fuzarioz (soluxma) və kök çürümə xəstəliyinə qarşı davamlılığı artır.
Bağçılıqda, xüsusilə, tərəvəzçilikdə xəstəlik və zərərvericilərə qarşı biopreparatların tətbiqi yüksək səmərə verir və bitkinin immun sistemi güclənir. Bunu modulun müəlliflərindən olan F.Ş.Ələkbərovun təcrübələri də sübut edir (Şəkil 2.6). F.Ş.Ələkbərov şitillikdə biopreparatlardan istifadə etmiş və yüksək nəticələr almışdır. Burada biopreparatların təsiri hesabına bitkilərin boyu artmış, xəstəliklərə qarşı davamlılığı yüksəlmişdir (Şəkil 2.6).
1 - Ənənəvi qulluq, 2 - Biopreparat, 3 - Biopreparat, 4 - Ənənəvi qulluq, 5 - Biopreparat, 6 - Ənənəvi qulluq 7 - Biopreparat