Respublikanın regionlarında ən çox yayılan və bitkilərin məhsuldarlığına ciddi ziyan vuran alaqlar - yabanı vələmir, turpəng (sarı çiçək), çöl noxudu (gülü), qanqal, dağ və dağ ətəyi, həmçinin, qrunt suları torpaq səthinə yaxın olan aran zonalarında çayır, qamış və kalış otu, şoranlaşmış torpaqlarda sirkan (acı sirkan) otudur. Adları çəkilən alaq otları əkin sahələrində tez və sürətlə böyüyür, mədəni bitkilərin inkişafına və məhsuldarlığına ciddi təsir edərək kölgədə qoyur, günəş işığından məhrum edir (Şəkil 2.5).
Bağçılıqda alaq otlarına qarşı mübarizə zamanı aşağıdakılara riayət etmək lazımdır:
Alaq otları xarici mühitin bütün təsirlərinə qarşı dözümlü olduqları üçün özlərinin yaşamaq və çoxalmaq qabiliyyətlərini uzun müddət saxlaya bilir. Məsələn: taxıl bitkiləri üçün qənim kəsilən yabanı vələmirin toxumları qeyri-əlverişli şəraitdə belə torpağın alt qatında (25-30 santimetr) cücərmə qabiliyyətlərini 5-7 il saxlaya bilir. Bu cür təhlükəli alaq otlarına qarşı mübarizədə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılması vacib şərtdir. Tərəvəz və bostan bitkilərinə ciddi ziyan vuran alaq otlarına qarşı aparılan mübarizə tədbirləri də səmərəli təşkil edilməlidir. Cərgəarası becərilən bitkilərdə və meyvə bağlarında aqrotexniki, mexaniki və fiziki tədbirlər nəticəsində alaqlara qarşı mübarizə aparılır. Lakin bu tədbirlər də çox zəhmət və vəsait tələb olunur, həmçinin, bitkilərin inkişaf fazaları və əkin sxeminə görə bəzən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi qeyri-mümkündür. Ona görə də mədəni bitkilərin alaq otlarına qarşı mübarizədə kimyəvi mübarizə tədbirlərinə üstünlük verilir.
Son dövrdə bağçılıqda yüksək təsirediciliyə malik olan herbisidlərdən istifadə olunur. Bunlar aşağıdakılardır: