• 25 faiz ambuş (0,8 litr/hektar);
• 20 faiz Sumi - Alfa (0,4 litr/hektar);
• 40 faiz poliqor (2,5 litr/hektar);
• Raqor (0.5-0.9 litr/hektar);
• Karbofos (2.4-3.6 litr/hektar);
• Desis (0.25-0.5 litr/hektar).
Tərəvəz əkinlərində yayılmış pambıq sovkasına qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə
edilə bilər:
• Desis, 35 faiz fazalon 3 kiloqram/hektar;
• 85 faiz sevin - 2,5 kiloqram/hektar;
• 50 faizli qardon - 2,5 kiloqram/hektar;
• 20 faiz sumisidin - 0,6 kiloqram/hektar;
• ЭНЖИО 247 SC (tiametoksam 141 qram/litr+lambda siqalotrin 106 qram/litr);
• Politrin 315 KA (Prefenofos 300 qram/litr və Lyambda-siqalotrin 15 qram/litr).
Kolorado böcəyinə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
• Boverin (hər hektara 2 kiloqram boverin+0,4 kiloqram 80 faiz xlorofos);
• Xlorofos preparatının 80 faiz islanan tozun suspenziyası (1-1,5 kiloqram/hektar);
• Fozalon preparatının 35 faiz emulsiya konsentratının məhlulu (1,5-2 litr/hektar);
• Volaton preparatının 50 faiz emulsiya konsentratının məhlulu (1-1,5 litr/hektar).
Qeyd olunan dərmanların 1 hektar üzrə tələb olunan norması orta hesabla 400-600 litr/hektar
suya qarışdırılaraq işçi məhlul hazırlanır və çiləyici maşınlar vastəsilə çilənir.
Danadişi tərəvəz əkinlərində, xüsusilə də, istixanada daha geniş yayılmaqla şitilləri, kök
yumrularını, kök meyvələrini və cücərtiləri zədələyərək əkinlərə böyük ziyan vurur. Danadişiyə qarşı
mübarizə məqsədilə aldadıcı yemdən, zəhərli kimyəvi preparatlardan istifadə edilir.
Danadişiyə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
• 80 faizli xlorofos (4 kiloqram dərman/100 kiloqram kəpəyə aldadıcı yem şəklində);
• 25 faizli dursban (4 kiloqram dərman/100 kiloqram kəpəyə aldadıcı yem şəklində);
• 25 faizli metafos (4 kiloqram dərman/100 kiloqram kəpəyə aldadıcı yem şəklində);
• 10 faizli danitol və 5 faizli karate kimi preparatlardan aldadıcı yem (1 kiloqram kəpəyə bu
preparatların birindən 20-30 qram).
Bu preparatların birindən hazırlanmış aldadıcı yem əkin sahəsinin hər hektarına 50-60
kiloqram hesabı ilə verilib torpaq səthi malalanmalıdır.
Karate məhlulu az miqdarda suvarma suyu ilə axıdıldıqda qısa bir vaxtda istixanada olan bütün danadişi
torpaq səthinə çıxaraq məhv olur.