Bu preparatlardan biri ilə çiləmə aparılır. Çiləmədə 300-600 litr/hektar işçi məhlulundan istifadə edilir.
Yalançı unlu şeh - xiyardan başqa, bir sıra bostan bitkilərini də yoluxduran xəstəlik xiyar üçün xüsusilə təhlükəli hesab edilir. Xəstəliyin təsirindən bitkinin yarpaqları quruyaraq qonurlaşır.
Yalançı unlu şeh xəstəliyinə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
Bu preparatlardan biri ilə çiləmə aparılmalıdır. Çiləmədə 300-600 litr/hektar işçi məhlul sərf edilir.
Unlu şeh xəstəliyi - bostan bitkiləri ilə yanaşı, xiyarı daha çox sirayətləndirir. Xəstəliyin təsirindən bitkinin yarpaqlarında, saplaqda və tağın gövdəsində ağ örtük əmələ gətirir. Xəstəliyin xarakterik əlaməti odur ki, belə örtüyü əl ilə sildikdə onlar gedir. Xəstəliyin təsirindən bitkilər zəifləyir, əmələ gələn xiyar xırda olmaqla əmtəəlik keyfiyyətini itirir.
Bu funqisidlərdən biri ilə çiləmə aparılmalıdır. Çiləmədə 300-600 litr/hektar işçi məhlulu sərf edilir.
Tərəvəz bitkilərinə ən çox tütün tripsi, mənənələr, gənələr, tor gənəciyi, pambıq sovkası, kolorado böcəyi, ağqanadlı, danadişi və s. ziyan vurur.
Əksər tərəvəz bitkilərində mənənələrə, gənələrə, həmçinin, tripsə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər: