Bağçılıqda istifadə edilən pestisidlər aşağıdakı dərman formalarında istehsal olunur: • Emulsiya konsentratı; • İslanan toz; • Qranula; • Sulu məhlul; • Suda həll olan toz; • Mineral-yağ emulsiyaları; • Tabletlər. Bağçılıqda istifadə edilən pestisidlər aşağıdakı üsullarla tətbiq edilir (Şəkil 2.3): • Çiləmə; • Tozlama; • Fumiqasiya (tüstü şəklində zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiri); • Aaerosol (duman) şəklində; • Səpinqabağı toxum və əkin materiallarının dərmanlanması; • Torpaqda tətbiqetmə (torpağa səpməklə və ya suvarma suyu ilə); • Aldadıcı yem halında (gəmiricilərə qarşı). |
Hazırda bağçılıqda meyvə ağaclarının, xüsusilə də armud və alma bitkilərində geniş yayılan xəstəlikləri dəmgil, unlu şeh, septorioz, pas, bakterial xərçəng və s. hesab edilir.
Dəmgil - alma və armud ağaclarında ən geniş yayılan təhlükəli göbələk xəstəliyidir. Xəstəliyin törədicisi yarpaqları, çiçəkləri, meyvələri və cavan zoğları və ən nəhayət meyvələri yoluxdurur. Meyvənin zədəli səthi odunlaşır, çox vaxt dərin çatlar əmələ gəlir.
Alma və armud ağaclarında dəmgil, armud yarpaqlarının ağ ləkə və ya septorioz xəstəliklərinə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər: