Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. İstixana üçün sahə seçilərkən aşağıdakı ətraf mühit amilləri nəzərə alınır:
A) Ərazinin coğrafi vəziyyəti, iqlim şəraiti, su ehtiyatı, enerji mənbələri;
B) Ərazinin yaşı, heyvanat aləmi, dağ süxurları , yaşayış obyektləri;
C) Ərazinin təmizliyi, sənaye kompleksləri, dağ mədənləri və yeraltı yataqlar;
D) Heç biri düz deyil.
Sual 12. Bağçılıqda təchizatla bağlı əsas xidmət sahələrini müəyyənləşdirin (düzgün sıranı seçin);
- Toxum, şitil və ya ting istehsalçıları, açıq və örtülü sahə avadanlıqları istehsalçıları, kənd
təsərrüfatı maşın və alətləri istehsalçıları, mal toplayan ixracatçılar, super marketlər, emal
müəssisələri;
- Mal toplayan ixracatçılar, super marketlər, emal müəssisələri, gübrə istehsalçıları, pestisid
istehsalçıları;
- Topdan və ya pərakəndə satış mərkəzləri, super marketlər, emal müəssisələri, birjalar;
- Gübrə istehsalçıları, pestisid istehsalçıları, toxum, şitil və ya ting istehsalçıları, açıq və
örtülü sahə avadanlıqları istehsalçıları, kənd təsərrüfatı maşın və alətləri istehsalçıları.
Sual 13. Bağçılıq təsərrüfatının rəqabət qabiliyyətinin təhlili ilə əlaqədar təbii amillərə
daxildir (düzgün sıranı seçin):
A) Rəqiblər, məhsula olan tələb-təklif, bazar tutumu;
B) Torpaq-iqlim şəraiti, relyef və təbii ehtiyatlar, məhsulun satış qiyməti;
C) Məhsulun satış qiyməti, relyefi və bazar tutumu;
D) Torpaq-iqlim şəraiti, relyef və təbii ehtiyatlar.
Sual 14. İstixana kompleksində olan 1 - anbar, 2 - işçilərin istirahət otağı, 3 -
şitillik, 4 - bitki
becərilən istixana binalarını əsas və istehsal sahələrinə görə ardıcıl düzün:
A) 1və 2 istehsal sahələri, 3
və 4 köməkçi sahələr;
B) 1və 2 köməkçi sahələr, 3 və 4 istehsal sahələri;
C) 1və 3 köməkçi sahələr, 2 və 4
istehsal sahələri;
D) 1və 4 köməkçi sahələr, 2 və 3 istehsal sahələri.
Sual 15. Bağçılıq təsərrüfatının rəqabət qabiliyyətinin təhlili ilə əlaqədar iqtisadi
amillərə daxildir (düzgün sıranı seçin):
A) Ərazidə mövcud olan rəqiblər, məhsulun satış qiyməti, məhsula olan tələb-təklif, bazar tutumu;
B) Ərazinin torpaq-iqlim şəraiti, relyef və təbii ehtiyatlar, ərazidə məhsulun satış qiyməti;
C) Ərazidə məhsulun satış qiyməti, birjalar, ərazinin relyefi və bazar tutumu;
D) Ərazinin torpaq-iqlim şəraiti, relyef və təbii ehtiyatlar.